Samur-Abşeron Sukanal idarəsinin rəhbəri, deyəsən “bəy tərifi”indən xüsusi zövq alır…
- 18-02-2018, 15:10
- 2 921
Hörmətli oxucular! Bu cümlələr jurnalistləri savadsızlıqda və qeyri-peşəkarlıqda ittiham edən müəllifə məxsusdur. Odur ki, bu cümlələri bir daha oxuyun və öz qiymətinizi də verin. Yəqin ki, o halda biləcəksiniz ki, Zakir Rüstəmovun “muzdlu nökəri”nə çevrilən, adı çəkilən vəzifə sahibinə məxsus sürfənin tör-töküntülərindən az-çox qidalanan müəllifin, ümumiyyətlə Azərbaycan qrammatikasından xəbəri yoxdur.
Müəllifə məxsus: “Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. “Etibarlı mənbə”yə etibar etməsin. Sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr “Meliorasiya və Su təsərrüfatı” ASC-də, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir. “Meliorasiya və Su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin sadiq adamlarından olan Zakir Rüstəmov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin etimadını yüksək səviyyədə doğrulda bilən müavindir”.
Bunlardan əlavə müəllif onu da yazır ki, “araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Zakir Rüstəmovu nüfuzdan salmağa çalışırlar”. Bu cümləni də oxuyub belə bir nəticəyə gəlmək olur ki, deyəsən ya müəllif orta təhsilini tam başa vurmayıb, ya da ki, orta məktəbin yuxarı siniflərində olduqca “axsayıb”. Çünki, bu şəxs hələ dərk etmir və yaxud da dərk edə bilmir ki, vəzifə sahibi olan şəxslərə “adamlar” deyilmir və belə bir yanaşma forması da ortaya qoyulmur. Əsas məqamlardan birinə də diqqət yetirək və müəllif naşılığını və savadsızlığını bir daha hər kəsin diqqətinə çatdıraq. Çünki müəllif yazır ki, “amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Zakir Rüstəmovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər”. Bu cümləni də yazan müəllif heç cür dərk etmir ki, məqalə hazırlayan şəxs ya müəllif, ya da ki, media nümayəndəsi adlanır. Yəni məqalə müəllifinə, yaxud da media nümayəndəsinə heç vaxt “insanlar” deyə müraciət olunmayıb, yaxud da belə bir yanaşma ortaya qoyulmayıb.
Bütün bunlar onu təsdiq edir ki, şəninə “bəy tərifi” yazdıran və “bəh-bəh” deyərək sevinən Zakir Rüstəmov, yəqin ki, savaddan və peşəkarlıqdan çox-çox uzaqlarda dayanan müəllifə, bu cür addımlarının müqabilində əməlli-başlıca “əl tutub”. Atalar demişkən “əl-əli yuyar, əl də üzü”. Yəqin ki, bu açıqlamanı da oxuyan Zakir müəllim oturub bir daha fikirləşəcək və barəsində olduqca ucuz, olduqca çılğın və savadsız açıqlamaların dərcinə imkan verməyəcək. Çünki, bu cür məntiqsiz açıqlamaların dərci təkcə onun özünə deyil, eyni zamanda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadənin də adına ləkədir. Bax bu haqda düşünmək gərəkdir ki, sonrakı peşmançalıq kimlərisə peşman etməsin. Yoxsa ha…
azerinfo.az