Prezident onu Cəlilabadın icra başçısı təyin etdi

Cəmiyyət

Prezident İlham Əliyev Cəlilabad Rayonuna yeni icra başçısının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.