Qarabağ qazisinin ölümünə səbəb olan Səttar Möhbalıyev yenə sədr seçildi – 27 il eyni vəzifədə
- 6-02-2018, 14:25
- 2 275
S.Möhbalıyevin yenidən bu posta seçilməsi üçün Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultayda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak ediblər.
Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.
Səttar Möhbalıyev deyib ki, hazırda Konfederasiyanın sıralarında 1,5 milyona yaxın üzvün birləşdiyi 16 min 901 həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı üzvlərinin sırasına cəlb edilib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, AHİK-in sədri vəzifəsinə seçkilər keçirilib.
Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Həmçinin AHİK sədrinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması məsələsi səsə qoyularaq təsdiqlənib.
AzEuroNews.com