Prezident Oktay Rzayevi təltif etdi
- 5-02-2018, 16:07
- 1 414
Ali Məktəbdən verilən məlumata görə, yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətləri nəzərə alınaraq mükafatlandırılıb.
Qeyd edək ki, O.Rzayev 2012-ci ildən Bakı Ali Neft Məktəbində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır, eyni zamanda BANM-ın Həmkarlar İttifaqı Komitəsinin sədridir. O daha öncə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən iki dəfə Fəxri fərmanla təltif olunub.