Fazil Məmmədov ağır xəstəliklərinə rəğmən içkiyə qurşanıb... - İDDİA
- 5-02-2018, 10:40
- 1 648
Məlumatlara görə, vəzifəsindən qəfil kənarlaşdırılmış Fazil Məmmədovun kadrlarının da başı üzərini qara buludlar alıb. Mikayıl Cabbarovun müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşının tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülməsi deyilənlərin əyani sübutudur.
Nazirlikdəki rəhbər heyət göndərildikdən sonra sıranın Fazil Məmmədovun kadrlarının kurasiyasında olan rayonların icra başçılarına çatacağı vurğulanır. Sabiq vergilər nazirinin kadrlarının rəhbərlik etdiyi rayonların sırasına paytaxtın Binəqədi rayonu, Fazil Məmmədovun ata yurdu Şəmkir, onunla qonşu olan Gədəbəy rayonu daxildir.