Cəlilabadın icra başçısı Yasamala təyin olundu - SƏRƏNCAM
- 2-02-2018, 16:00
- 2 723
xalqxeber.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev 1 iyul 2017-ci ildə vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək RİH başçısı vəzifəsi boş idi.