Prezidentin təltifi generala təqdim olundu
- 1-02-2018, 13:10
- 2 123
Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Respublika Veteranlar Təşkilatının rəhbərliyi, veteranlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əli Həsənov fəxri diplomu Tofiq Ağahüseynova təqdim edib.
Mərasimdə çıxış edən Ə. Həsənov Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışıb. Prezidentin köməkçisi general-polkovnikin respublikamızda veteran hərəkətinin inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinə mühüm töhfələrini qeyd edib.