Şahin Şıxlinski ilə bağlı yeni iddialar
- 30-01-2018, 10:22
- 5 515
Azərbaycanda və Rusiyada kifayət qədər tanınan Şahin Şıxlinski Avropa Azərbaycanlıları Konqresinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.
Şahin Şıxlinski 1966-cı il fevralın 20-də Qazaxın II Şıxlı kəndində anadan olub.
Qeyd edək ki, DTX-nın yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib. Şəbəkənin qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. Qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb. Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğlu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
musavat.com