Jurnalist Əvəz Zeynallı Baş Prokurorluğa çağrılıb

Cəmiyyət

Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün Baş Prokurorluğa çağrılıb

Bu barədə Ə.Zeynallının özü məlumat verib:

"Baş Prokurorluqdan Eldar Sultanov zəng edib məni saat 17.30-da Baş Prokurorluğa dəvət etdi. Mehman Əliyevlə "Qaynar Qazan"da götürdüyüm müsahibənin birinci hissəsinə görə. Görək indi nə istəyirlər".