Ziya Məmmədov evində boş-bekar oturub
- 18-02-2017, 13:22
- 1 836
Sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi saxlayaraq, bu barədə ona sual ünvanladıq.
Saytımıza açıqlamasında Ziya Məmmədov hazırda evində olduğunu, istirahət etdiyini deyib: “Mən evimdəyəm. Heç yerə də gedəsi deyiləm”.
“Hansı işlə məşğul olmağı düşünürsünüz, uzun illər hakim komandanın üzvü kimi yeni təyinat gözləyirsinizmi” sualına isə sabiq nazir belə cavab verib: “Nə işlə məşğul olacağımı mən bilirəm. Bu başqaları üçün niyə maraqlı olmalıdır ki? Kimsəyə də hesabat vermirəm. Sizə də təşəkkür edirəm”. gününsesi.info