Həkim: İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə idi
- 15-01-2018, 12:11
- 1 445
Mərkəzi Kliniki Xəstəxanın kardioloqu Firdovsi İbrahimov açıqlamasında bildirib ki, İsa Qəmbər xəstəxanaya infarkt diaqnozu ilə gətirilib.
O qeyd edib ki, İsa Qəmbər xəstəxanaya gətiriləndə çox ağır vəziyyətdə olub.
“Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti normallaşdı. Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır”.