Yevda Abramov niyə İsrailə aparıldı? - Deputatın son durumu ilə bağlı AÇIQLAMA
- 22-12-2017, 12:15
- 3 013
Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev açıqlamasında deyib ki, hazırda deputatın sağlıq durumu normaldır.
“Bakıdakı əməliyyat ona yaxşı təsir bağışlamadığı üçün İsrailə aparılıb. O, İsrailin Hayfa şəhərindəki böyük xəstəxanaların birinə yerləşdirilib. Yevda Abramovun qızı da, oğlu da İsraildə yaşayır. Hər şey yaxşıdır. Ümumilikdə Yevda müəllimin sağlamlıq durumu normallaşıb”.