XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Atilla” kod adlı Milliyətçilərin içinə sızdırılmış MTN agenti kimdir? – Gəncləri necə aldadırlar?- FAKTLAR

“Atilla” kod adlı Milliyətçilərin içinə sızdırılmış MTN agenti kimdir? – Gəncləri necə aldadırlar?- FAKTLAR

“Atilla” kod adlı Milliyətçilərin içinə sızdırılmış MTN agenti kimdir? – Gəncləri necə aldadırlar?- FAKTLAR
22-12-2017, 10:36

Dövlətin müxalifət partiyaları və təşkilatları arasına yerləşdirdiyi kadrlar zaman-zaman özünü ifşa edib. Məhz bu səbəbdən xalq arasında müxalif düşərgə gözdən salınır, inamsızlıq yaradılır. Partiyaların bölünməsindən, parçalanmasından tutmuş, ən radikal danışan “müxalifətçi”lərin “verbovka” olunmasına qədər müşahidə olunub. Hər bir gəncin maraqla izlədiyi, qoşulmaq istədiyi “Milliyətçi Gənclər Təşkilatı”na (MGT) təhlükəsizlik qrumları tərəfindən yerləşdirilmiş, müəyyən zamandan sonra sədr vəzifəsinə qədər yüksəlmiş şəxsin kimliyi artıq bu gün öz çılpaqlığı ilə ortadadır. Bu şəxs vasitəsi ilə onlar milliyətçi gənclərin sivil mübarizə aparmasına, sıradan çıxarılmasına, dolayısıyla hakimiyyətə dəstək verməsinə nail olublar.
MTN- nin MGT planı
Müşviq Vəliyev – Milliyətçi Gənclər Təşkilatının sədridir. O əvvəllər fəal gənc kimi təşkilatın ofisinə gəlib getməyə başlayır. Daha sonra hansısa kolbasa sexində işlədiyini və yüksək qazancının olduğunu söyləyərək, hər gün gənclərin marağını çəkmək üçün necə deyərlər əməlli-başlı “şot” verir. Tez-tez gənclərlə bahalı məkanda görüşür, onlarla toplatı keçirir və özünə kütlə yığmağa nail olur. Bir müddət sonra qurduğu plan nəticəsində keçmiş sədr vəzifəsindən uzaqlaşdırılaraq, təşkilatın idarəçiliyi Müşviqə həvalə edilir. Sədrliyi dönəmində isə milliyətçi adını daşıyan bu təşkilat ən sivil rol oynamaqla kifayətlənmir, üstəlik gənclər arasında “MTN SEVDASI” təbliğatı aparılır. Bir müddət keçdikdən sonra, təsadüf nəticəsində Müşviq Vəliyevin MTN məktəbinə qəbul olduğu faktı ortaya çıxır. Ancaq o, bu məsələdən də, canını qurtarmağı bacarır. Bəhanə uydurur ki, milliyətçi və muxalifətçi olduğu üçün məktəbdən 4-cü kursda qovulub. Bir növ türk seriyalı olan “İçərdə” filminin ssenarisinin eynisini qurur.
Müşviq Vəliyevin qovulma məsələsinin təəssuratları isə başqa cürdür. Vaxti ilə vəhabi dəstəsinin içində əməliyyatda olduğu üçün şübhə çəkməsin deyə qovulmuş kimi qələmə verilib. Ancaq onun fantaziyaları bununla da bitmir.
“Monitor” – un araşdırmaları nəticəsində bir neçə fakt da ortaya çıxdı. Belə ki, Müşviq Vəliyev yaxın ətrafı arasında “Dərin Dövlət” təbliğatını yaymağa başlayır və qeyd edir ki, milliyətçilərə MTN- nin içindən gizlicə dəstək verən vətənpərvərlər var. Maraqlıdır, bəs həmin vətənsevər şəxs kimdir?

Akif Çovdarov, Azər Əliyev və Müşviq Vəliyev işbirliyi

Azər Əliyev ismi sizə hardansa tanış gələ bilər. MTN hadisələri zamanı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar etdiyi bildirilən Azər Əliyev (ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz https://news.milli.az/crime/333458.html), əslində Müşviq Vəliyevin bəhs etdiyi qədər vətənpərvər və milliyətçi deyil. O, Akif Çovdarovun əlaltısı, pul yığan və pul paylayanı olub. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin intihar edən polkovnik-leytenantı Azər Əliyevin ölmədən öncə iş adamını hədələyərək ondan külli miqdarda pul tələb etməsi məlum olub. Bu barədə zərərçəkmiş şəxs kimi tanınmış iş adamı Budaqov İlqar Məhərrəm oğlu özü istintaqa ifadəsində məlumat verib.
Həbsdə olan MTN generalı Akif Çovdarovun adamı kimi tanınan Azər Əliyevin intihar səbəbi kimi də məhz onun həbs ediləcəyindən qorxduğu üçün bu yola əl atdığı göstərilirdi. Belə ki, MTN-nin yüksək vəzifəli şəxslərinin həbsi başlayarkən Azər Əliyev yaşadığı binadan özünü ataraq intihar edib.
Polkovnik intihardan öncə iş adamından nə tələb edib?
Bu haqda iş adamı İlqar Budaqov ifadəsində göstərib ki, tibbi ləvazimatları yerli firmalardan alaraq müxtəlif klinikalara satmaqla məşğul olub.
Hazırda “Vivalap” firmasının təsisçisi olan İ.Budaqov ifadəsində deyib ki, 2015-ci ilin mart ayında “Əcəmi” metrostansiyasının yaxınlığındakı ofisinə 8-9 nəfər mülki geyimli şəxslər gələrək özlərini MTN əməkdaşı kimi təqdim ediblər.
“Birinin adı Azər idi. Məhkəmə qərarı göstərərək ofisdə axtarış aparılacağını dedi. Qərarla tanış oldum. Səbail Rayon Məhkəməsinin qərarı idi. Ofisdə və maşınımda axtarış aparıldı. Ancaq heç nə götürülmədi. Azər Əliyev mənə qeyri-qanuni dərman vəsaitələrinin satışı ilə məşğul olduğumu, ölkədə botoks dərmanının satışını həyata keçirdiyimi dedi. Belə bir halın olmadığını dəfələrlə bildirdim. Azər Əliyev məni “podvala” saldıracağı, həbs edəcəyi ilə hədələməyə başladı. 30 min manat pul tələb etdi, fikirləşməyim üçün də vaxt verdi”.
Yadınıza gəlirsə, MTN hadisələrindən sonra mətbuatda bir neçə qeyri-hökumət təşkilatlarına MTN vasitəsi ilə müəyyən qədər vəsait ayrıldığı, onunların maliyyələşməsi, kod adlarına və aldıqları məbləğlərə qədər qeyd olunmuşdu. Bir neçəsi ifşa olunan kadrların digər qismi isə müəmmalı şəkildə bu günə qədər gizli olaraq saxlanılır. Açıqlanan kod adları arasında “Atilla” ləqəbli bir gənc müxalifətçinin maliyyələşdiyi qeyd olunurdu. (Ətraflı məlumatı burdan əldə edə bilərsiz http://cebhe.info/mtn-nin-agent-siyahisi-aciqlandi-adlar-bellidir-59310)
“Atilla” adı isə bizə nədənsə məhz Müşviq Vəliyevi xatırlatdı. Əbəs yerə deyil, aşağıda sizə təqdim olunan bu fotolardan da göründüyü kimi, M.Vəliyevin MTN – nin ona verdiyi vəzifəni. yəni MGT-ni ələ keçirənə qədər feysbuk sosial şəbəkəsində adı “Müşviq Atilla Vəliyev” olub. Daha sonra ifşa olunacağından duyuq düşərək, “Atilla” adını silməyə müvəffəq olub.
Gənclərin “abisi” kimi özünü məşhurlaşdıran Müşviqin həzin sonu isə, MTN hadisələri dönəmində Qazax rayonuna qaçmaqla kifayətlənməyib. Qeyri-adi inandırmaq bacarığına sahib olan “abicik əfəndi” bu dəfə də, sudan quru çıxmağı bacarıb. Bir müddət sonra yenidən meydana qayıdaraq, təhlükənin sovuşduğunu, MTN dağılsa da, “Dərin Dövlət” in hələ də var olduğunu isbatlamağa çalışaraq, fəaliyyətinə olduğu yerdən davam etməyə başlayır. “Yeni miliyətçi rəis tapmışam” bəhanəsini irəli sürərək, filmlərə inanan bəzi gəncləri inandırmağa və ətrafında birləşdirməyə nail olsa da, bu uzun çəkmədi. Görünür, oğurluqla MTNçiliyin ömrü 40 gün imiş. Biz dəlillərə və faktlara əsaslanaraq bu araşdırma yazımızın sonuna bir də, Müşviq Vəliyevin Azər Əliyev təbliğatını öz dilindən audio səs yazması vasitəsi ilə isbat edə bilərik. Lazım olan orqanlara səs yazısını təqdim etməyə hazırıq. Sadəcə jurnlistika etikası olduğundan, səsyazmanı bu yazıya əlavə etmədik.

Müşviq Vəliyevə iki çift tövsiyyə

Pərəstişkarı olduğu filmin qəhrəmanı olan Polat Alemdarın dilindən, yəni, Müşviq Vəliyevin başa düşdüyü dildən bir misal çəkərək mövzunu qapadırıq: “Qəhrəmanlarla xainlər arasındakı fərqi sizlər deyil, tarix müəyyən edir” Bu gün isə tarix, gənclərin beynini zəhərləyən xainləri ifşa etmiş oldu. Gənclik isə bunu heç zaman bağışlamayacaq, onları aldadaraq, beyinlərini zəhərləməyə çalışan şəxsləri daima “yad” edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.