XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakının məşhur “Kolorit” restoranı haqqında İLGİNC İDDİA

Bakının məşhur “Kolorit” restoranı haqqında İLGİNC İDDİA

Bakının məşhur “Kolorit” restoranı haqqında İLGİNC İDDİA
21-12-2017, 10:45

Paytaxtın məşhur restoranlarından sayılan “Kolorit”lə bağlı iddialar ortaya atılıb. İddaialara görə, adıçəkilən restoran ətrafdakı sakinlərin və ailəvi müştərilərin narahatlığına səbəb olacaq şəkildə fəaliyyət göstərir.

Bu iddia ilə Cebhe.info-ya Səbail rayon sakini Şəhriyar Hüseynov müraciət edib.

Onun sözlərinə görə, yaşadığı binanın yanında, yəni Nizami küçəsi- 83 ünvanında yerləşən “Kolorit” restoranında baş verənlər təkcə onu deyil, həmin ərazidə yaşayan digər sakinləri də ciddi narahat etməyə başlayıb. Şikayətçi bildirir ki, həmin məkan neçə illərdir ki, ailəvi restoran kimi tanınır. Amma son vaxtlar bu məkanda xoşagəlməz hadisələr baş verir. Ora gələn əcnəbilərlə qızların bəzi hərəkətləri, söyüşləri,bir sözlə xoş olmayan mənzərə daimi müştərilərin və sakinlərin etirazına səbəb olub:
“Ailəmlə hər gün getdiyimiz məkandır. Daimi müştəriləriyik. Amma oradakı mənzərə heç də xoş deyil. Ərəblərlə qızların yüngül hərəkətləri, qəlyan tüstüsündə boğulan məkan, qəhqəhələr, əxlaqsız görüntülər və addımbaşı söyüşlər heç xoşagələn deyil. Mən uşaqlarımla, ailəmlə bu mənzərədə necə oturum? Etıraz edəndə də deyirlər ki, xoşun gəlmir, burada oturma… Anlamıram, ora gələn əcnəbi və normal olmayanlar tərbiyəli ailələrdən üstündürmü?” Şikayətçi onu da əlavə edib ki, sözügedən restoranda müştərilərə təklif edilən yemək menyusu Azərbaycan dilindən başqa bütün dillərdə tərtib edilib: “Öz ölkəmin restoranında menyu niyə ərəb və rus dilində olmalıdır ki? Biz insan deyilik?”
Məsələ ilə bağlı “Kolorit” restoranının sahibi Batuhan Çobanla əlaqə yaratdıq. Restoran rəhbəri Şəhriyar Hüseynovun iddialarına təəccüblə yanaşıb: “Çox təəssüfləndim. Şəhriyar bizim daimi müştərilərimizdəndir. Məhz onun dilindən belə ittihamların səsləndirilməsi anlaşılan deyil. Ümumiyyətlə, belə ittihamın səsləndirilməsi xoş deyil. Bizim tək “Tarqovı”da deyil, bəzi ərazilərdə də məkanlarımız var. Kənardan gələn müştərilərə içəri girməyi yasaqlaya bilmərik. İçəri daxil olandan sonra oradakı hərəkətlərə xüsusi olaraq diqqət edirik. Bu söhbətdən çox narahat oldum, çünki biz də burada yaşayırıq. İlk növbədə də orada çalışırıq. Bu məkan hamıya açıqdır, istər əcnəbilərə, istərsə də yerli müştərilərə… Heç kimə girmə deyə bilmərik. Bura ailə məkanıdır və çoxlu sayda ailə müştərilərimiz var. İstəyirsiniz, buturun gəlin, siz də şahidi olun… Bildiyim qədər dünən Şəhriyar bəylə burada problem yaşanıb. Mən onu çox yaxşı tanıyıram. Dünən burada olmamışam deyə nə baş verdiyini dəqiq bilmirəm. Amma söyüş işlədib burda… Şikayətin də onun dilindən olması doğrusu bir az qəribə gəldi. Açığı bu məsələyə təəccüb qaldım”.
Batuhan Çoban restoran menyusunun əcnəbi dillərdə olması məsələsinə də toxunub. O, menyunun Azərbaycan dilində olmaması iddiası ilə razılaşmayıb: “Olmayan şeylərin ittiham kimi səsləndirilməsi heç xoş deyil. Gəlin özünüz baxın. Bu məsələ insan hüquqlarına aid olan bir məsələdir”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.