Fazil Mustafa Penitensiar Xidmətin fəaliyyətini tənqid etdi

Cəmiyyət

Milli Məclisin bu gün keçirilən iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub.

Çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.

O qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: “Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib”.

Deputat Milli Məclisin bu məsələləri nəzarətə götürməsini təklif edib.