Bakıda piyadalara hörmətsizlik edən sürücü – FOTO

Cəmiyyət

Sosial şəbəkə istifadəçiləri dayanma-durma qaydasını pozaraq avtomobilini piyada keçidinin üstündə saxlayan sürücünün ictimai qınağa cəlb edilməsini istəyir.

Bu cür hadisə Respublika Xəstəxanasının qarşısında qeydə alınıb.

Belə ki, “Honda” markalı, 90 SK 764 dövlət nömrə nişanlı avtomobil piyadaları narahat edir. Bu səbəbdən piyadalar avtomobil yoluna çıxaraq həm özlərini təhlükəyə atır, həm də qəza şəraitinin yaranmasına səbəb olur.

oxu.az