Vəkil olmaq istəyənlərin nəzərinə: Qəbul bərpa olundu
- 13-12-2017, 09:39
- 1 704
Vəkillər Kollegiyasından verilən məlumata görə, qurumun üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənədlərini vermiş şəxslərin ərizələrini komissiyada təsdiq etdirmələri zəruridir.
Sənədlər VK-nın binasında – Səməd Vurğun küçəsi 48 ünvanında, dekabrın 11-dən 2018-ci il yanvarın 11-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər kollegiyaya aşağıdakı sənədləri təqdim etməlidir:
- VK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərizə forması
- Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti
- Ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti
- Əmək kitabçasının təsdiq olunmuş surəti
- Əqli cəhətdən sağlamlıq haqqında tibbi arayış
- 3*4 sm 4*6 sm ölçüdə 4 ədəd rəngli şəkil
- Kadrların şəxsi məlumat vərəqəsi
- Tərcümeyi-hal.