Yeni nazir Zaur Məmmədovu özünə müşavir təyin etdi
- 12-12-2017, 17:39
- 2 866
Energetika naziri Pərviz Şahbazov özünə yeni müşavir təyin edib.
Məlumata görə, P.Şahbazovun yeni müşaviri Zaur Məmmədov olub.
Z.Məmmədov bundan öncə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini vəzifəsini icra edib.
Daha əvvəllər isə "Azərenerji” ASC-nin Ekologiya İdarəsinin rəisi vəzifəsində çalışıb.