İcra başçısının müavini vəfat etdi

Cəmiyyət

Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov vəfat edib.

Bu barədə dövri mətbuatda yayılan elanda deyilir.

"Şamaxıdan Asif Ağayev və rayon icra hakimiyyəti aparatının kollektivi icra hakimiyyəti başçısının müavini Ağamustafa Vahidovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər", - deyə elanda vurğulanıb.

A. Vahidovun vəfatının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A. Vahidov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

Allah rəhmət eləsin!