Fazil Məmmədovun gedişi Binə Ticarət Mərkəzini qarışdırdı - KƏBİRƏ MƏMMƏDOVANIN VURULDUĞU DEYİLİR
- 7-12-2017, 17:43
- 5 005
Sahibkarlar iddia edir ki, dekabrın 5-də günorta saatlarında ''Binə'' ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova orada çalışan işçiləri toplayaraq vergi pulunu ödəməməkdə günahlandırıb.
Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla ona ödəyirlər. Bundan sonra K.Məmmədova obyektlərindən birini qarşısındakı reklam lövhəsini təpiklə aşırıb. Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar.
Onlar vergilər naziri Fazil Məmmədova və Kəbirəyə qarşı etiraz ediblər. Yaşlı qadın sahibkarlardan biri bel ilə Kəbirəni vuraraq yıxdığı da iddia olunur. Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşdirilib. Hazırda aidiyyə üzrə araşdırma aparılır.