Səlim Müslümov: Biz sağlam millətik
- 1-12-2017, 11:47
- 1 539
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.
O bildirib ki, ümumiyyətlə, Azərbaycan əhalisi sağlam əhalidir: "Bizim millət sağlam millətdir. Azərbaycan əhalisi nisbətən gənc əhalidir. Azərbaycanda əlilliyi olan şəxslərin çoxu torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində xəsarət alanlardır".