“Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan!
- 22-11-2017, 16:42
- 1 558
xalqxeber.az xəbər verir ki, hər il olduğu kimi, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Noyabr ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Cəfər Həyatov (twitter.com/Jafar_Hayatov), Aynur Əliyeva (twitter.com/_rawrrr), Aydın Eyvazzadə (twitter.com/AydinJazz).
Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.