İşıqforlarda sürücülərə satılan güllərlə bağlı – XƏBƏR
- 14-02-2017, 12:29
- 1 603
Daxil olan məlumata görə, həmin fırıldaqçılar gülləri haradansa alıb-satmırlar. Onlar həmin gülləri qəbiristanlıqlardan oğurlayıb, ucuz qiymətə satırlar. Bu işdə onlara qəbiristanlıq nəzarətçilərinin də yardım etdiyi ehtimal olunur.
Oğurluq güllər digərlərinə nisbətən solğun olur və yarpaqları qaralır. Məhz bu səbəbdən də fırıldaqçılar həmin gülləri, əsasən, günün qaranlıq vaxtında satışa çıxarırlar. Bununla da, ucuz qiymətə satılan gülləri alan sürücülər onların köhnə olduğunu görmürlər. Bütün bu deyilənlər bir müddət əvvəl polisə də məlum olub. Bakı polisi bu istiqamətdə araşdırmalara başlayıb.
Odur ki, 14 fevral “Sevgililər günü”ndə gül alarkən diqqətli olun.