Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
- 20-11-2017, 10:29
- 1 542
xalqxeber.az-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.