SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Veteranlar Təşkilatından daha bir müraciət: - “Ərköyünlük etmək ayıbdır və polkovnik-leytenanta yaraşmaz”

Veteranlar Təşkilatından daha bir müraciət: - “Ərköyünlük etmək ayıbdır və polkovnik-leytenanta yaraşmaz”

Tarix:

8-11-2017, 09:38

/ 64 603 dəfə oxundu.
Veteranlar Təşkilatından daha bir müraciət: - “Ərköyünlük etmək ayıbdır və polkovnik-leytenanta yaraşmaz”

Xəbər verildiyi kimi, Respublika Veteranlar Təşkilatından uzaqlaşdıran Zahiddin Abbasov təşkilatın sərd müavini Cəlil Xəlilovdan şikayətlənib. Z.Abbasov təşkilatda yeyinti olduğunu və bunlara Cəlil Xəlilovun səbəb olduğunu iddia edib.
Qeyd edək ki, Z.Abbasov komissiya yaratdıqlarını və təşkilatda yoxlamaların aparılmasına Cəlil Xəlilovun icazə vermədiyini bildirib. Həmin komisiyanın üzvü olan RVT-nin baş mütəxəssisi, ehtiyatda olan polkovnik Əliş Əliyev yayılan məlumatlar haqqında rəsmi məktub göndərib.

Əliş Əliyevin bizə ünvanladığı məktubu təqdim edirik:

“Hər şeydən əvvəl Zahiddin Abbasovun Respublika Veteranlar Təşkialtına qarşı narazılıqlarını qəbul etmədiyimi bildirir və pisləyirəm. Mən Zahiddin Abbasovu çoxdan tanıyıram. O, Ədliyyə Nazirliyi sistemində mənim müavinim işləyib. Biz uzun müddət ailəvi dost olmuşuq. Onun çox küskün xarakteri var, demək olar ki, əsassız küsür və uzun müddət barışmır. 2011-ci il may ayının 26-da biz- təqaüddə olan keçmiş ədliyyə zabitləri Respublika Veteranlar Təşkilatına müraciət edərək ictimai işlərlə məşğul olmaq istədiyimiz bildirdik. Xahişimizi nəzərə alıb, bir neçə zabitimizi Veteranlar Təşkilatının daimi komissiyalarında işləməyə cəlb etdilər. 2014-cü il fevral ayının 4-də mən hüquqşünas kimi xidməti zərurətlə əlaqədar olaraq Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin olundum. Həmin vaxtdan Zahiddin müəllim də Təşkilatın Mərkəzi Aparatında daimi işlə təmin olunmasını tələb etməyə başladı. İxtisasına uyğun iş olmadığına görə onun daimi komissiyadan Mərkəzi Aparata vəzifəyə keçirilməsi mümkün deyildi. Sonra RVT sədri, e/o general-mayor Dadaş Rzayev uzun müddət xəstəliyi ilə əlaqədar işə çıxa bilmədi. Sədr müavini, e/o polkovnik Cəlil Xəlilovun heç kəsi işə qəbul etmədiyindən, Z.Abbasovun müraciətinə də müsbət cavab verilməsi mümkün deyildi. Z.Abbasov isə tələb edirdi ki, necə olursa-olsun, onu işə qəbul etməlidirlər.
Z.Abbasov uzun müddət daimi komissiyanın sədri kimi ayda 160 manat maaş alırdı. İşə isə həftədə bir dəfə, yalnız həftəsonu iclasda iştirak üçün gəlirdi. Bütün bunlara baxmayaraq, təşkilat rəhbərliyi Z.Abbasovla çox hörmətlə davranırdı. Məsələn, o, komissiyanın sədri işləyən vaxt 2 dəfə sanatoriyaya göndəriş aldı, onların biri pulsuz idi. İki dəfə xarici ölkəyə ezam olundu. Onun xahişi ilə Gəncədə yaşayan və hazırda müəllim işləyən qardaşı Zahid Abbasov Respublika Veteranlar Təşkilatı tərəfindən mükafatlandırıldı.
Onun yazdıqları barədə onu deyə bilərəm ki, adını çəkdiyi və mənim də məcburən üzvü olduğum həmin komissiya doğrudan da, qanunsuz yaradılmışdı. Həmin komissiyada iştirakdan mən də bir çoxları kimi imtina etmişdim. Lakin sədrin adından istifadə edənlər buna imkan vermədilər və məni komissiya üzvü kimi saxladılar. Komissiyanın 2 üzvü vaxtilə işlərində kobud səhvləri olduğuna görə D.Rzayevin özü tərəfindən vəzifədən kənarlaşmış adamlardı. Yeri gəlmişkən, mən həmin komissiyanın tərtib etdiyi bəzi sənədləri, o cümlədən açıq qərəzlə tərtib edilmiş aktı imzalamaqdan imtina etmişəm. Mən Zahiddin müəllimi xoşagəlməz, qərəzli münasibətinə görə bir daha qınayıram. Belə hərəkətlər, ərköyünlük etmək ayıbdır və polkovnik-leytenanta yaraşmaz”.
Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ