Daha bir ölkəyə vizasız gedəcəyik

Cəmiyyət

Azərbaycan və Latviya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Məlumata görə, sənəd Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və latviyalı həmkarı E.Rinkeviçs imzalayıblar.