Rafiq Hüseynovun nəşinin Azərbaycana gətiriləcəyi vaxt açıqlandı

Cəmiyyət

Almaniyadakı xəstəxanalardan birində vəfat etmiş Xalq Artisti Rafiq Hüseynovun nəşi 2 gün sonra, noyabrın 1-də Azərbaycana gətiriləcək.

Bu barədə açıqlamasında Xalq Artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O qeyd edib ki, Rafiq Hüseynovun harada dəfn olunacağı isə hələ məlum deyil: “Hələ heç nə bilinmir. Nəşi gətirsinlər, sonra bilinəcək”.