Baş Dövlət Yol Polisi İdarəsində dəyişikliklər başlayır - İslahat gözlənilir
- 10-02-2017, 11:40
- 2 177
Bu haqda sözügedən idarədəki mənbənin verdiyi məlumatda belə deyilir.
Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, yaxın günlərdə BDYPİ-nin bir neçə yüksəkvəzifəli şəxsi öz postundan kənarlaşdırılacaq. Bu sıraya, xüsusilə, BDYPİ-nin regional imtahan, qeydiyyat şöbələrinin rəisləri daxildir.
Məlumatda bildirilir ki, uzun illər həmin şöbələrdə rəis vəzifəsini tutan şəxslər artıq yola salınacaq. Onları isə yeni kadrlar əvəz edəcəklər.