Bakıda şlaqbaum küçəyə yolu məhdudlaşdırıb - ŞİKAYƏT
- 2-10-2017, 09:52
- 36 966
Şikayətçi Zaur Nəcəfov bu barədə məlumat vermişdi. Şikayətçinin sözlərinə görə, avqustun 12-dən etibarən yaşadığı məhəllənin girişlərinə şlaqbaum çəkilib. O bildirib ki, bu şlaqbaumlar əhalidən yığılan vəsait hesabına alınıb. O vaxtdan başlayaraq, Ələsgər Ələkbərov və Məmməd Rahim küçəsinə baxan girişlər bağlanıb. Məsələ ilə əlaqədar olaraq, bir neçə quruma, Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Naizrliyi, Daxili İşlər Nazirliyinə də müraciət edilsə də, heç bir tədbir görülməyib.
Ötən gün redaksiyamıza yenidən müraciət edən şikayətçinin sözlərinə görə, ünvanlanan məktublara görə cavab göndərilsə də, heç bir tədbir görülməyib. Qurumlar məsuliyyəti üzərlərindən atıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsindən Z.Nəcəfova bildirilib ki, Yasamal rayon icra hakimiyyəti bu məsələdə günahkardır.
Cebhe.info