ATV-nin rəhbərliyinə gətirilən Azər Xəlilov kimdir?
- 26-09-2017, 16:16
- 67 244
A.Xəlillov Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. 2001-ci ildən etibarən uzun müddət “BBC Azərbaycan”da çalışıb. 2012-ci ildə “ATV İnternational” televiziyasına rəhbərlik edib. 2013-cü ildən etibarən “CBC” telekanalının baş direktoru kimi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Məşhur telejurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşıdır.