Qüdrət Qurbanov Həzi Aslanovla quda oldu – FOTO

Cəmiyyət

Mərasimdə siyasət, mədəniyyət və şou sahəsinin nümayəndələri iştirak edib.

Sentyabrın 19-da “Buta Palace”da Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toy mərasimi keçirilib.

Orxan Qurbanov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun qızı Fərəhlə ailə qurub.

Mərasimdə siyasət, mədəniyyət və şou sahəsinin nümayəndələri iştirak edib.

Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva idarə edib.