Dövlət ittihamçısı Nardaran işində mühakimə olunanlara 180 il həbs istəyib
- 19-09-2017, 16:41
- 53 782
Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror “Nardaran işi-3” üzrə mühakimə olunan şəxslərə ümumilikdə 180 il həbs cəzası istəyib, – “Amerikanın səsi” məlumat verir.
Dövlət ittihamçısı deyib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən ilahiyyatçı Zülfüqar Mikayılovun 18 il, Ruzi İsmayılovun 16 il, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov və Cabir Əliyevin hər birinin 15 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyadov və Elxan Həsənovun hər birinin isə 14 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Hakim Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəkillərə çıxışa hazırlaşmaq üçün sentyabrın 25-nə qədər vaxt verib.