Azərbaycanda nazir oğlu vəfat etdi: 44 yaşında...

Cəmiyyət

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.

Bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.

Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.

Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.