QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi işlədiləcək
- 14-09-2017, 17:18
- 105 953
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib.
QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir.
Toplantıda QMİ sədrinin bu təklifi səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub.
Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.