Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
- Bu gün, 17:54
- 0
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) melumat yayıb
"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib.