İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
- Bu gün, 15:45
- 0
ƏƏSMN-dən verilən məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Bildirilib ki, bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.