Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
- Bu gün, 15:16
- 0
Bu barədə müdafiə təyinatlı məhsullar istehsal edən First Contact şirkətinin təsisçisi və hərbçi Valeri Borovik Apostrof TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, zərbə silah sərgisinin keçirildiyi poliqona endirilib.
“Təəssüf ki, həlak olanlar və dağıntılar var. Bütün bunlar rəsmi açıqlamalarda öz əksini tapacaq”, – Borovik bildirib.
Ukraynanın keçmiş müdafiə nazirinin müşaviri və könüllü Sergey Sternenko isə ehtimal edib ki, söhbət bu gün Kiyev vilayətinə endirilən ballistik raket zərbəsindən gedir.
Qeyd edək ki, iyulun 24-də Rusiya ordusu Kiyev və Kiyev vilayətinə ballistik raketlərlə hücum edib. Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib. Daha sonra paytaxtın Svyatoşin rayonuna təcili tibbi yardım briqadalarının cəlb olunduğu açıqlanıb.