Bakı Qızlar Universitetində GƏRGİNLİK
- Bu gün, 12:46
- 0
Narahat olan valideynlər çıxış yolu axtarırlar.
Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, çıxış yolu axtaran valideynlər fırıldaqçıların qurbanına çevrilməməsi üçün diqqətli olmalıdır :
“Bilin və agah olun ki, dövlət qanuni yollarla hər hansı bir dövlət və özəl ali təhsil müəssisələrinə qəbul olan heç bir tələbəni məğdur etməz. Əgər Bakı Qızlar Universiteti fəaliyyətini dayandırarsa, orada təhsil alan gənclər digər dövlət universitetlərinə köçürüləcək. Bir bunun nümunələrinə əvvəlki illərdə rast gəlmişik.
Qafqaz Universiteti bağlandı, tələbələri Bakı Mühəndislik Universitetində (dövlət) davam etdi.
Bəziləri Beynəlxalq universitet, Asiya Universiteti, Təfəkkür və s kimilərin bağlanaraq tələbələrinin ortalıqda qaldığından narahatdır.
Unutmayın, qanuni yollarla qəbul olanlarda heç vaxt problem olmur.
Dövlətin nəzarətində DİM xətti ilə qəbul olanların təhsilini dövlətimiz hər zaman nəzərə alıb, qeyri-qanuni yollarla qəbul olanlar isə öz taleyinin acı həqiqətləri ilə barışmalı olub”.
Ekspert əlavə edib ki, hər hansı bir özəl universitet bağlanarsa, tələbələri Dövlət universitetinə köçürülür:
“Narahat olmağa dəyməz”.
Tribuna.az