Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Cəmiyyət

Şabran rayonunda 53 yaşlı kişini elektrik cərəyanı vurub.

Hadisə iyulun 15-də qeydə alınıb.

1973-cü il təvəllüdlü Arif Camayev yaşadığı Düzbilici kənddə evinin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırmalar aparılır.