Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Cəmiyyət

Baş prokuror Kamran Əliyev iyulun 21-də, saat 10:00-da Kəlbəcər rayon prokurorluğunun inzibati binasında Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı rayon prokurorluğu tərəfindən həyata keçiriləcək.