"The Mood Bistro & Grill"də keyfiyyətsiz xidmət - Biznes lanç adı altında biabırçılıq - FOTO
- Dünən, 13:49
- 226
Şikayətçi əvvəlcə sifariş edilən ispanaqlı şorbanın içərisində iri doğranmış və qızardılmamış soğanlar olduğunu deyib: "Bu səbəbdən şorbanı yeyə bilmədik. Müraciətdən sonra restoran əməkdaşları şorbanı mərci şorbası ilə əvəz etsələr də, əsas narazılıq daha sonra təqdim olunan əsas yeməklə bağlı yarandı".
Qeyd olunur ki, əsas yemək kimi təqdim edilən toyuq qanadlı kababın iç hissəsi çiy olub. Üç nəfərin sifariş etdiyi yeməklərdən ikisinin eyni vəziyyətdə olduğu iddia edilir. Müştərilər bu barədə ofisianta məlumat versələr də, boşqablar sadəcə götürülərək aparılıb. Onların sözlərinə görə, nə üzr istənilib, nə də yemək əvəz olunub və ya hər hansı kompensasiya təklif edilib. Nəticədə müştərilər yeməksiz qaldıqlarını bildirirlər.
Narazılıq doğuran digər məqam isə biznes lanç menyusunda "limitsiz çay" qeyd edilməsinə baxmayaraq, saat 15:00-da çay sifariş etmək istədikdə xidmətin artıq başa çatdığı bildirilməsi olub. Müştərilər hesab edirlər ki, əgər bu xidmət müəyyən saatadək qüvvədədirsə, həmin məhdudiyyət menyuda açıq şəkildə göstərilməlidir.
Bizimesr.com