İcra başçısı Vətən müharibəsi iştirakçısını köməkçisi VƏZİFƏSİNDƏN ÇIXARDI - FOTO
- Bu gün, 16:12
- 0
Bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Hacıyev vəzifəsindən azad edilib.
Digər əmrlə, o, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, Yusif Faiq oğlu Hacıyev 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.(Ölkə.az)