Hörmətli TƏBİB Ağdam rayon Mərkəzi Xəstəxanasına bu gün səhər tezdən saat 6 dan 1 gün yarımdı sidiyə getməyən 3 yaşlı uşağı aparıblar. Ağdam Mərkəzi Xəstəxanasında Validə "həkim" uşağı UZİ dən, ordan-burdan keçirtdirib vərəqlərə baxaraq - mənim başım çıxmır, uşağı Bərdə Diaqnostikasına yollayıb. Həmişəki kimi Cənab Prezidentimin tikdirib səriştəsiz "həkim"lərin yığıncağına çevrilən o boyda Bərdə Müalicə Diaqnostika Mərkəzində də heç kimin başı çıxmayıb . Uşağı Bərdə Şəhər Uşaq Polikiıinikasına yollayıblar . Orda da - niyəliyin bilmirik cavabı verilib. Və yenidən Validə "həkim" Diaqnostikada Günel adlı "həkim"ə get ,
TEREF xəbər verir ki, bunu Ağdam sakini, şəhid anası Maya Quliyeva yazır. Maya xanım daha sonra yazır:
Günel "həkim" də "Ömürdən pay" da UZİ elətdir gəl deyib . Ağdam Mərkəzi Xəstəxanasının UZİ ni qəbul etməyən " həkim", bəs o boyda Diaqnostikada da UZİ aparatı yoxdurmu ki , bu camaatı bu istidə , əlində xəstə körpə uşaqla salmısınız Bərdənin düzünə .
İndi biz nə edək ??
TEREF