“Media Masası”nın ikinci verilişi hazırlanır

Cəmiyyət

“Media Masası”nın ikinci verilişi hazırlanır.

Bu dəfə jurnalist Vəfa Həmzəyevanın qonaqları media məkanının iki tanınmış siması - REAL TV-nin baş direktoru Mir Şahin Ağayev və ARB 24 telekanalının icraçı direktoru Radik İsmayılovdur.

Televiziya hələ də əsas informasiya mənbəyidir, yoxsa sosial şəbəkələr artıq onun yerini tutur?

“Media Masası”nın ikinci buraxılışında bu sual ətrafında açıq və gözlənilməz müzakirə aparılıb.

Bu dəfə söhbət təkcə televiziyanın bu günündən yox, onun cəmiyyətə təsir gücündən, sosial media ilə rəqabətindən, xəbərə etibardan, klassik jurnalistikanın dəyişməsindən və süni intellektin media üçün yaratdığı yeni reallıqdan gedir.

“Media Masası”nın ikinci buraxılışı 11 iyul saat 21:00-da  REAL TV-də yayımlanacaq.