FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
- Dünən, 14:00
- 3
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarışlara başlayıblar.
Hazırda 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, daha əvvəl yerli sakinlər tərəfindən meyitin tapıldığı barədə məlumat verilmişdi.