Azərbaycanda yeni televiziya kanalı fəaliyyətə başladı

Cəmiyyət


BTV qısa müddətdə media məkanında diqqət çəkən yeni televiziya kanallarından biri kimi fəaliyyətini genişləndirir.

Məlumata görə, kanal 2025-ci il dekabrın 12-də iş adamı Sahil İmanov tərəfindən təsis edilib. Fəaliyyətə başladığı ilk aylardan etibarən yayımladığı özəl reportajlar, operativ xəbərlər və eksklüziv müsahibələrlə ölkə mediasında özünə etibarlı yer qazanmağı bacarıb.  

BTV-nin yaxın vaxtlarda proqram siyasətinin daha da genişləndiriləcəyi, informasiya yayımı ilə yanaşı analitik və ictimai-siyasi layihələrin də efirə təqdim olunacağı bildirilir.

Bununla yanaşı, kanalın rəhbərliyində də mühüm dəyişikliklərin olacağı gözlənilir. Məlumata əsasən, baş redaktor və direktor vəzifələrinə media ictimaiyyəti üçün sürpriz olacaq tanınmış simaların təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, BTV son günlər yayımladığı eksklüziv reportajlar və gündəmi müəyyən edən xəbərlərlə sosial media platformalarında da geniş auditoriya toplayaraq diqqət mərkəzinə çevrilib.