"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Cəmiyyət

Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi "Fərdi jurnalist müsabiqəsi"ndə qaliblərin siyahısında "Global Media Group" şirkətlər qrupunun tərkibinə daxil olan media qurumlarının altı əməkdaşı var.

Qaliblər arasında "Report"un əməkdaşları Sevil Gülməmmədova (ən yaxşı ictimai-siyasi təhlil) və Səlcuq Elçin (ən yaxşı jurnalist araşdırması) var.

Bundan başqa "Oxu.az" saytının əməkdaşı Məhərrəm Əliyev (ən yaxşı reportaj) "Kaspi" qəzetinin əməkdaşı Aygün Cəfərova (ən yaxşı müsahibə), "Baku TV"dən isə Ceyhun Piriyev (Ən yaxşı sosial-iqtisadi reportaj) və Sümbül Hüseynova (Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj) nominasiyaları üzrə qalib olub.