“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
- Bu gün, 15:16
- 0
Şikayətçinin sözlərinə görə, şirkətin əməkdaşı Gülər Həsənovaya hissə-hissə ümumilikdə 6000 manat ödəniş edib. Ona bildirilib ki, seçilən universitet Azərbaycanda tanınır və təhsil prosesi ilə bağlı bütün məsələlər şirkət tərəfindən həll olunacaq.
Vüsal Əlizadə qeyd edir ki, 2026-cı ildə hərbi xidmətdən möhlət almaq üçün şirkət tərəfindən təqdim edilən sənədləri aidiyyəti üzrə hərbi komissarlığa təqdim etsə də, sənədlər qəbul edilməyib. Səbəb kimi isə universitetin Azərbaycanda tanınmaması göstərilib.
Şikayətçi bildirir ki, müqavilə bağlanarkən ona universitetin tanındığı deyilsə də, sonradan bunun əksinin doğru olduğu ortaya çıxıb.
“Universitetin tapılması, qəbul prosesi və digər məsələlərin hamısı şirkətin öhdəliyində idi. Artıq iki aydır ki, zənglərimizə cavab vermirlər.
Şirkətin ünvanına getdikdə isə rəhbərliyin yerində olmadığını bildirirlər. Çıxılmaz vəziyyətdə qalmışıq və aidiyyəti qurumlardan kömək istəyirik”, – deyə Vüsal Əlizadə bildirib.
Real Azərbaycan