Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

Cəmiyyət

Azərbaycanın Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan "Bright Uzbekistan" jurnalının xüsusi buraxılışı təqdim edilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, jurnalın Azərbaycanla bağlı nəşr edilən 3-cü və 4-cü xüsusi buraxılışları Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara həsr olunub.