Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb

Cəmiyyət

Filippinin Taquiq şəhərindəki yaşayış kompleksində baş verən yanğın nəticəsində təxminən 200 ailə və ya 500-ə yaxın insan evsiz qalıb.

Bu barədə "ABS-CBN" portalı məlumat yayıb.

Yanğının söndürülməsinə helikopter cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur.